İran ABŞ-ı ittiham etdi: "Düşmənlərimiz zərbə alacaq"
İran İnqilab Keşikçiləri Ordusu komandanı, generalı İsmayıl Kaani 3 aydan çox davam edən Məhsa Əmini aksiyalarının arxasında ABŞ-ın olduğunu iddia edib. O vurğulayıb ki, Məhsa Əmini polisdə olarkən şübhəli şəkildə dünyasını dəyişib.
Kaani ABŞ-ı küçə nümayişlərinə görə məsul tutaraq bu sözləri deyib: "Bu bir neçə gündə ABŞ ağlını itirmiş gəncləri küçələrə sürüklədi və meydanda bizimlə üz-üzə gəlib məğlub oldu"
ABŞ və İsrailin təzyiqlərinin qarşılıqsız qalmayacağını bildirən general Səudiyyəni qınamayıb: "Səudiyyə Ərəbistanı ABŞ-ın istismar etdiyi və zibilliyə çevirdiyi bir yerdir. Onu düşmən hesab etməyə ehtiyac yoxdur. Bütün düşmənlərimiz zərbə alacaq".
Seymur,
Sitat.info