Zelenski müharibə başlayandan bəri ilk xarici səfərinə çıxır - Bu ölkəyə gedəcək
Ukrayna prezidenti Vladimir Zelenski danışıqlar aparmaq üçün ABŞ-a getdiyini açıqlayıb.
"Ukraynanın sabitliyini və müdafiə qabiliyyətini gücləndirmək üçün ABŞ-a getdim. Biz Ukrayna ilə ABŞ arasında əməkdaşlığı prezident Co Baydenlə müzakirə edəcəyik. Konqresdə də çıxış edəcəyəm və bir sıra ikitərəfli görüşlər keçirəcəyəm".
Zelenski Rusiyanın Ukraynada müharibəyə başladığı 24 fevraldan bəri ilk xarici səfərini edir.
Nərgiz,
Sitat.info