Hikmət Hacıyev Türkiyə səfirini qəbul edib

Hikmət Hacıyev Türkiyə səfirini qəbul edib
Gündəm 20 Dekabr 2022 14:46

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçını qəbul edib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə səfiri "Twitter" hesabında məlumat verib.

“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə səmərəli bir görüşümüz oldu”, - səfir paylaşımında qeyd edib.