Ordumuzda toplanış keçirilir - FOTO

Ordumuzda toplanış keçirilir - FOTO
Gündəm 20 Dekabr 2022 11:51

Azərbaycan Ordusunda 2022-ci ilin döyüş hazırlığı planına əsasən birlik, birləşmə, hərbi hissə komandirlərinin müavinləri və artilleriya rəisləri ilə təlim-metodiki toplanış keçirilir.

Bu barədə Sitat.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Zamex.az - Sizin sürətli və ucuz karqonuz....

Səhra şəraitində təşkil edilmiş təlim nöqtələrində zabitlərin bilik və bacarıqları qiymətləndirilir, artilleriya bölmələrinin atışa hazırlanması və praktiki atış tapşırıqlarının yerinə yetirilməsi üzrə fəaliyyətlər icra olunur.

Toplanışda həmçinin komandir heyəti ilə fərdi təcrübə mübadiləsinin həyata keçirilməsi, qarşılıqlı əlaqədə fəaliyyətlərin təşkili, yeni təlim üsullarının tətbiqi, eləcə də müxtəlif mövzularda metodiki məşğələlər keçirilir.

Vətən müharibəsində və müasir döyüş əməliyyatlarında qazanılan təcrübə nəzərə alınmaqla keçirilən toplanışın əsas məqsədi komandir heyətinin bölmələri idarəetmə vərdişlərinin, həmçinin əməliyyat və qərargah hazırlığı üzrə bacarıqlarının daha da təkmilləşdirilməsidir.

Ordumuzda toplanış keçirilir - FOTO Ordumuzda toplanış keçirilir - FOTO Ordumuzda toplanış keçirilir - FOTO Ordumuzda toplanış keçirilir - FOTO