Hikmət Hacıyev oğlunun fotosunu paylaşdı: Argentinanı belə təbrik etdi - FOTO

Hikmət Hacıyev oğlunun fotosunu paylaşdı: Argentinanı belə  təbrik etdi - FOTO
Gündəm 19 Dekabr 2022 01:05

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətərdə keçirilən dünya çempionatının qalibi olan Argentina millisini təbrik edib.

Sitat.info xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi öz “Twitter” profilində paylaşım edib.

O, qarşılaşmanı izləyən övladının fotosunu paylaşaraq müxtəlif dillərdə “Təbriklər, Argentina!” yazıb.