Baş katib: "Belarus işğala yardım edir, NATO Ukraynanın yanındadır"

Baş katib: \"Belarus işğala yardım edir, NATO Ukraynanın yanındadır\"
Gündəm 01 Mart 2022 15:42

“Putin sülhü məhv etdi, Belarus da işğala yardım etdi. NATO Ukraynanın yanındadır”.

“Report” xəbər verir ki, bu fikirləri NATO-nun Baş katibi Yens Stoltenberq söyləyib.

“Ötən həftədə Alyansımızın şərq cinahındakı mövcudluğumuzu gücləndirdik. Bizim müdafiə məsələsindəki öhdəliklərimiz mübahisəsizdir. NATO ərazilərini müdafiə etməyə davam edəcək”, - o vurğulayıb.

Yens Stoltenberqin sözlərinə görə, NATO Rusiya ilə savaşmaq istəmir:

“Problem xoşniyyətli diplomatik yollarla həll edilməlidir. Bütün dünya sülh üçün Ukraynanın yanındadır”.