BDU-nun korpusu təmirə bağlanır - Tələbələr köçürüləcək - RƏSMİ

BDU-nun korpusu təmirə bağlanır - Tələbələr köçürüləcək - RƏSMİ
Gündəm 16 Dekabr 2022 16:46

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı korpusu təmirə bağlanacaq. 

Sitat.info-nun əldə etdiyi məlumata görə, 2-ci korpus təmirlə əlaqədar 1 semestrlik bağlanacaq. 

Bu müddət ərzində universitetin sözügedən korpusunda təhsil alan birinci və üçüncü kurs tələbələri Odlar Yurdu Universitetində, ikinci və dördüncü kurslar isə Təfəkkür Universitetində tədrislərinə davam etdirəcəkləri bildirilir.  

BAKU.WS məsələ ilə bağlı universitetlə əlaqə saxlayıb. Təhsil ocağının mətbuat xidmətindən bildirildi ki, 2 saylı korpusun təmir etdirilməsi məsələsi gündəmdədir. Lakin hələlik nə təmirin vaxtı, nə də tələbələrin hara köçürüləcəyi məsələsi dəqiq deyil.