Şuşa yolundan növbəti təminat maşınları keçdi - Video

Şuşa yolundan növbəti təminat maşınları keçdi - Video
Gündəm 16 Dekabr 2022 12:07

Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Sitat.info xəbər verir ki, nəqliyyat vasitələri maneəsiz şəkildə yolla hərəkətinə davam edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Belə ki, aksiya iştirakçıları növbəti dəfə də bu mövqeni nümayiş etdirərək sülhməramlılara məxsus təminat avtomobilinin sərbəst şəkildə hərəkət etməsinə şərait yaradıblar.

/Axar.az