Pay torpağı olanlar ünvanlı dövlət sosial yardımı ala bilər? - AÇIQLAMA

Pay torpağı olanlar ünvanlı dövlət sosial yardımı ala bilər? - AÇIQLAMA
SOSİAL 01 Mart 2022 12:56

“Əgər vətəndaşın pay torpaq mülkiyyəti varsa və qeydiyyata salınıbsa, həmin şəxs torpaq mülkiyyətini Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınıbsa, onun işləməsinə ehtiyac olmur”.

Oxu.az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialının direktoru Nicat İsmayılov deyib.

Onun sözlərinə görə, bu zaman o, ünvanlı sosial yardım üçün müraciət edə bilər:

“Əgər vətəndaş pay torpağından istifadə etmirsə, bunu rəsmiləşdirməlidir. Həmçinin satıbsa rəsmi şəkildə alqı-satqı müqaviləsi bağlamalı, yaxud da imtina edirsə, bağışlayırsa yenə də sənədləşdirməlidir”.