Rusiyada neftqayırma müəssisəsində yanğın: Ölən və yaralananlar var

Rusiyada neftqayırma müəssisəsində yanğın: Ölən və yaralananlar var
Dünya 15 Dekabr 2022 17:55

Rusiyanın İrkutsk vilayətində neft məhsulları istehsal edən obyektdə baş verən yanğın nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Sitat.info rusiya mediasına istinadən xəbər verir ki,  Rusiya İstintaq Komitəsinin verdiyi açıqlamada hadisə nəticəsində 2 nəfərin öldüyü, 4 nəfərin yaralandığı bildirilib.

İrkutsk qubernatoru İqor Kobzev yanğının 2500 kvadratmetr sahəni əhatə etdiyini və alovların nəzarət altına alındığını bildirib.

Faktla bağlı istintaq hələ də davam edir.

Seymur,

SİTAT.İNFO