Kreml nüvə qüvvələrinin hazırlıq vəziyyətinə gətirilməsinə Liz Trassın səbəb olduğunu açıqlayıb

Kreml nüvə qüvvələrinin hazırlıq vəziyyətinə gətirilməsinə Liz Trassın səbəb olduğunu açıqlayıb
SİYASƏT 28 Fevral 2022 21:15

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın nüvə qüvvələrini hazırlıq vəziyyətinə gətirməyinə Böyük Britaniya XİN başçısının sözlərinin səbəb olduğunu bildirib.

APA-nın London bürosunun “Sky News”a istinadən xəbərinə görə, bu barədə Peskov keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, müxtəlif səviyyələrdə müxtəlif nümayəndələr tərəfindən NATO ilə Rusiya arasında mümkün toqquşmalar barədə bəyanatlar verilib: “Biz hesab edirik ki, bu cür bəyanatlar qətiyyən qəbuledilməzdir. Mən bu bəyanatların müəlliflərinin adlarını açıqlamazdım, baxmayaraq ki, bu, Böyük Britaniyanın xarici işlər naziri idi”.

Qeyd edək ki, Liz Trass bir neçə gün öncə "Sky News"a verdiyi açıqlamada Rusiyanın dayandırılmadığı təqdirdə digər dövlətlərin