Toyda dava düşdü, bir nəfər bıçaqlandı

Toyda dava düşdü, bir nəfər bıçaqlandı
Gündəm 10 Dekabr 2022 20:51

Goranboyda toy məclisində bıçaqlanma hadisəsi olub.

Sitat.info xəbər verir ki, məclisdə düşən dava bir nəfərin bıçaqlanması ilə nəticələnib. 

Faxralı kənd sakini 1991-ci il təvəllüdlü Elman Yəhyazadə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstənin yarası tikilib, lakin vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma başlanılıb.