"Anonymous" haker qrupu Rusiya saytlarını çökdürdü - FOTO

\"Anonymous\" haker qrupu Rusiya saytlarını çökdürdü - FOTO
Gündəm 28 Fevral 2022 17:30

Rusiya mətbuatının bəzi saytları "Anonymous" haker qrupunun hədəfinə çevrilib.

SİTAT.İNFO Musavat.com-a istinadən  xəbər verir ki, hazırda "TASS", "Kommersant", "İzvestiya", "RBK" kimi Rusiya saytlarına daxil olmaq mümkün deyil.

"Anonymous"un rəsmi tvitter hesabında bildirilib ki, son 48 saatda Rusiya dövlət orqanlarının, kütləvi informasiya vasitələrinin və bankların 300-dən çox saytına hücum olub.