Bəxtiyar Hacıyev saxlanıldı - Məhkəməyə aparılır - VİDEO

Bəxtiyar Hacıyev saxlanıldı - Məhkəməyə aparılır - VİDEO
Gündəm 09 Dekabr 2022 14:30

Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev polis tərəfindən saxlanılıb.

“Sitat.info” xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat yayıb. O bildirib ki, Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib: “Hazırda onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhər Xətai Rayon Məhkəməsinə aparılır”.

Vəkil bildirib ki, B.Hacıyev Ülviyyə Alovlu ilə münaqişəsinə görə saxlanılıb.