SON DƏQİQƏ! Razılaşma əldə olundu: Azərbaycan Laçın dəhlizində...

SON DƏQİQƏ! Razılaşma əldə olundu: Azərbaycan Laçın dəhlizində...
SİYASƏT 07 Dekabr 2022 14:07

"Erməni mənbələr yazır ki, Laçın dəhlizinin girişində qurulacaq mini gömrük postunda rentngen skanerlər olacaq və Azərbaycan buradan keçəcək avtomobillərin sərnişinlərini, eləcə də baqajlarını onlayn rejimd izləyə biləcək".

Bu məlumatı Sitat.info-ya açıqlamasında politoloq Asif Nərimanlı deyib. 

Onun sözlərinə görə, bu, daha mümkün versiyadır: " Rusiya Azərbaycanın dəhlizdə post qurmasını istəmir, amma Bakının tələbləri qarşısında da duruş gətirmək çətinləşib, xüsusilə qanunsuz daşıma, silah-sursatın keçirilməsi faktlarının aşkarlanması fonunda".

A.Nərimanlı hesab edir ki, tərəflər bu şəkildə ortaq məxrəcə gəlib: "Və istisna deyil ki, bu vəziyyətdə hər iki tərəf ortaq məxrəcə gəlib: Bakı gömrük postunun avadanlıqlarını - rentgen skanerləri təmin edəcək, postda rus hərbçilərin dayansa da Azərbaycanın onlayn rejimdə izləyə biləcək".

Seymur,

Sitat.info