Fərda Amin: "Mənə Cem Yılmazın rahatlığını ver, gör nə zarafatlar edirəm"

Fərda Amin: \"Mənə Cem Yılmazın rahatlığını ver, gör nə zarafatlar edirəm\"
MƏDƏNİYYƏT 06 Dekabr 2022 16:23

Aktyor Fərda Xudaverdiyev təşkilatçı problemindən gileylənib.

Sitat.info olay-a istinadən bu haqda o, "Xəzər axşamı" verilişinə qonaq olarkən söz açıb.

Fərda onu Cem Yılmazla müqayisə edənlər barədə də danışıb:

"Mən yumorda öz işimə əminəm. Və heç kimdən özümü zəif hesab etmirəm, hətta güclü sayıram. Sadəcə bizdə təşkilatçı problemi var... Hələ utanmaz-utanmaz məni Cem Yılmazla müqayisə edirlər. Cem sadəcə səhnənin arxasına keçir və işinə başlayır. Onu kulisində də gördüm, insan nə qədər rahat olarmış. Mənə o rahatlığı ver, gör mən nə zarafatlar edirəm".