Putin təcli toplantı keçirdi - FOTO

Putin təcli toplantı keçirdi - FOTO
Gündəm 06 Dekabr 2022 14:34

Ötən gün Rusiyanın Ryazan şəhəri yaxınlığında aerodromda partlayış olub. Hadisə zamanı 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Bu gün səhər saatlarında isə Kursk aerodromunda partlayış baş verib. Bundan başqa, Bryansk vilayətində yanacaq çənlərindən bir neçə metr aralıda zavodun ərazisinə pilotsuz təyyarənin endirilməsi nəticəsində yanğın baş verib.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, ard-arda baş verən hadisələrdən sonra Rusiya prezidenti Vladimir Putin bu gün səhər Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüş keçirib.

Kremlin saytının məlumatına görə, görüş “daxili təhlükəsizliyin təmin edilməsi” mövzusuna həsr olunub. Hələ ki heç bir təfərrüat yoxdur.

Seymur,

Sitat.info