Son Dəqiqə! Ordumuzun bu istiqamətdə olan mövqeləri ATƏŞƏ TUTULDU

Son Dəqiqə! Ordumuzun bu istiqamətdə olan mövqeləri ATƏŞƏ TUTULDU
Gündəm 03 Dekabr 2022 18:55

Dekabrın 3-ü saat 16:30 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeyi atıcı silahlardan atəşə tutulub.

Bu barədə Sitat.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Vurğulanıb ki, qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.