Həmkarı Alla Puqaçovanın Rusiyanı tərk etmə səbəbini açıqladı

Həmkarı Alla Puqaçovanın Rusiyanı tərk etmə səbəbini açıqladı
Gündəm 03 Dekabr 2022 17:08

Müğənni Tatyana Bulanova həmkarı Alla Puqaçovanın Rusiyadan ailə vəziyyətinə görə köçdüyünü bildirib.

Sitat.info xəbər verir ki, o, bu haqda “Vokrug TV”yə danışıb.

“Alla Borisovnanın getməsinə təəssüflənirəm. Biz onu çoxdan tanıyırıq, normal münasibətimiz var. Mən onu başa düşürəm, ərinin yanına getdi”, - Bulanova deyib.

Qeyd edək ki, sentyabrın sonunda sənətçi uşaqları ilə birlikdə Rusiyadan İsrailə köçüb. Bundan bir həftə sonra sosial şəbəkələrdə Puqaçovanın İsrail pasportu aldığı iddia edilən fotolar yayılmışdı. Məşhurun ​​konsert direktoru Yelena Çuprakova müğənninin iddia edilən sənədi alması ilə bağlı fikirləri şərh etməkdən imtina edib.