Ərdoğan və Rişi Sunak telefonla danışdı

Ərdoğan və Rişi Sunak telefonla danışdı
SİYASƏT 02 Dekabr 2022 20:28

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə telefonla danışıb.

Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, telefon danışığı zamanı ölkələrarası münasibətlər müzakirə edilib.

Bildirilib ki, danışıq əsnasında Türkiyə-Birləşmiş Krallıq əlaqələri, həmçinin ticarət və müdafiə sənayesi sahəsində atılacaq addımlar müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı iki NATO müttəfiqi olaraq sağlam düşüncə və strateji perspektivin əlaqələrə hakim olmağa davam edəcəyinə inandığını bildirib.