Bu marşrut xəttinin son dayanacağı dəyişdirildi

Bu marşrut xəttinin son dayanacağı dəyişdirildi
SOSİAL 02 Dekabr 2022 16:00

31 nömrəli marşrutun hərəkət sxemi üzrə son dayanacaq məntəqəsi müvəqqəti olaraq dəyişdirilib.

Bu barədə Sitat.info-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, son dayanacaq məntəqəsi Səbail rayonu, Badamdar qəsəbəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığından dəyişdirilib.

Təmir işləri yekunlaşdırıldıqdan sonra marşrutun əvvəlki sxem üzrə hərəkəti təmin ediləcək.