Məryəm Üzərli çəkiliş üçün fantastik qonorar tələb etdi

Məryəm Üzərli çəkiliş üçün fantastik qonorar tələb etdi
MƏDƏNİYYƏT 01 Dekabr 2022 16:55

Türkiyənin tanınmış aktrisası Məryəm Üzərli dodaq uçuqladan reklam qonorarı ilə gündəmə gəlib.

Sitat.info xəbər verir ki, “Muhteşem Yüzyıl” serialının Hürrəmi kimi məşhurlaşan 39 yaşlı aktrisa bir müddət əvvəl reklam üçün 2 milyon dollar tələb etdiyini açıqlamışdı.

Bu dəfə o, yeni layihədə yer alıb. Qızıl markası ilə anlaşma imzalayan Üzərlinin 8 milyon TL (təxminən 730 min manat) qonorar alacağı bəlli olub.