Zelenski Beynəlxalq Məhkəmədən Putin üçün xüsusi tribunal tələb etdi

Zelenski Beynəlxalq Məhkəmədən  Putin üçün  xüsusi tribunal tələb etdi
SİYASƏT 30 Noyabr 2022 13:04


Ukrayna prezidenti Vladimir Zelenski BMT Baş Assambleyasının xüsusi tribunalla bağlı qətnamə layihəsini dəstəkləmək üçün dünya birləşməlidir. 

O, bildirib ki, xüsusi tribunal yaradılmadan hazırda mövcud olan beynəlxalq hüquqi sənədlər Rusiyanın ali siyasi və hərbi rəhbərliyini Ukraynaya qarşı təcavüz cinayətinə görə məsuliyyətə cəlb etmək üçün kifayət deyil.

Sitat.info xəbər verir ki, bu barədə Zelenski ötən axşamkı çıxışında bildirib.

Onun sözlərinə görə, dünən Ukraynada ədalətin bərpası və bu cinayətkar müharibədə günahkar olanların hamısının məsuliyyətə cəlb edilməsi üçün bir neçə yeni addım atılıb.

"Biz artıq bir çox ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik ki, hər bir rusiyalı qatil layiqli cəzasını alsın. Biz artıq Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq qurmuşuq və onu gücləndirəcəyik".

Nərgiz,

Sitat.info