Ukraynaya humanitar yardım daşıyan təyyarə Azərbaycandan yola düşüb

Ukraynaya humanitar yardım daşıyan təyyarə Azərbaycandan yola düşüb
Gündəm 26 Fevral 2022 21:50

Silk Way” aviaşirkətinin ümumi dəyəri 5 milyon avrodan çox olan dərman və tibbi ləvazimatlarla yüklənmiş təyyarəsi Azərbaycandan havaya qalxıb.

Bu barədə Caliber.Az eksklüziv məlumat əldə edib.

Təyyarə Ukraynaya humanitar yardım daşıyır.

Yük Polşanın Rzeşov şəhərinə, oradan isə quru yolu ilə Ukraynaya çatdırılacaq.