ABŞ "Patriot"larını Ukraynaya göndərir - FOTO

ABŞ \"Patriot\"larını Ukraynaya göndərir - FOTO
SİYASƏT 29 Noyabr 2022 22:22

ABŞ "Patriot" hava hücumundan müdafiə sistemlərinin Ukraynada yerləşdirilməsini müzakirə edir.

Sitat.info xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Telekanal bildirib ki, Pentaqonun yüksək rütbəli rəsmiləri Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etmək ABŞ üçün əsas prioritet olduğunu bildiriblər:

“Biz ukraynalılara Rusiyanın hücumlarına qarşı kömək edə biləcək bütün variantları nəzərdən keçiririk, ona görə də hər ehtimal masa üzərindədir və biz ABŞ-ın nə edə biləcəyinə, müttəfiqlərimizin və tərəfdaşlarımızın nə edə biləcəyinə baxırıq. Kombinasiyalar və faydalı imkanlar axtarırır”.

Səid,

Sitat.info