Kiyevdə görünməmiş komendant rejimi: Bu saatlarda küçədə olan hər kəs düşmən sayılacaq!
Kiyev adminstrasiyası kəskin qərarlar almaqdadır. Rusiyanın göndərdiyi desantlarla mübarizədə çətinlik çəkən hökumət komendant rejimini bir qədər də sərtləşdirib.
Kiyev meri xəbərdarlıq edib ki, bu gündən saat 17.00-dan səhər saat 08.00-a qədər komendant saatı tətbiq olunacaq. Bu saatlarda çöldə olanlar düşmən hesab olunacaqlar. Bu rejim fevralın 28-dək davam edəcək.