Türkiyədə mikroavtobusla avtomobil toqquşdu - 22 yaralı var (FOTO)

Türkiyədə mikroavtobusla avtomobil toqquşdu - 22 yaralı var (FOTO)
HADİSƏ 26 Noyabr 2022 09:51

Türkiyədə Muğla ilinin Menteşe rayonunda sərnişin mikroavtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 22 nəfər xəsarət alıb.

Bu barədə Sitat.info “Anadolu” agentliyinə istinadən xəbər verir. 

Qeyd olunub ki, yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıblar.

Qəzanın başvermə səbəbi ilə bağlı araşdırma aparılır.