Müdafiə Nazirliyi məlumat yaydı

Müdafiə Nazirliyi məlumat yaydı
Gündəm 25 Noyabr 2022 10:16

Noyabrın 24-ü saat 21:30-dan 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.

Bu barədə Sitat.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

"Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd edilib.