KTMT-nin baş katibi dəyişib

KTMT-nin baş katibi dəyişib
Gündəm 23 Noyabr 2022 17:16

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi dəyişib.

Sitat.info “Sputnik Armania”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan təşkilata üzv dövlətlərin İrəvanda keçirilən sammitində deyib.

O bildirib ki, Stanislav Zas KTMT-nin baş katibi kimi üç illik fəaliyyətini başa vurub: “Bundan sonra baş katibin səlahiyyətlərini Qazaxıstan nümayəndəsi İmanqali Tasmaqambetov icra edəcək”.

//Report