Bakıda əməliyyat - Polis əməliyyat keçirdi - 50 taksi sürücüsü görün nəyə görə tutuldu 

Bakıda əməliyyat - Polis əməliyyat keçirdi - 50 taksi sürücüsü görün nəyə görə tutuldu 
KRİMİNAL 22 Noyabr 2022 12:54

Bu gün Bakıda narkotik vasitə aludəçisi olan, eləcə də xanım müştərilərə əxlaqsız təkliflər etdiyinə görə barələrində şikayətlər olan taksi sürücülərinə qarşı əməliyyat keçirilib.

“Sitat.info”nun əldə etdiyi məlumata görə, əməliyyat Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən icra olunub.

Əməliyyat nəticəsində 50-yə yaxın taksi sürücüsü saxlanılıb və onlar məsuliyyətə cəlb edilib. Onların əksəriyyətinin barəsində inzibati protokollar tərtib edilib və məhkəmələrə göndərilib.