"İrana işləyən deputatların və vəzifəli şəxslərin siyahısı var" - Politoloqdan şok açıqlama
"İran Azərbaycanı öz içindən yemək istəyir. Buna görə də partiya sədrlərinin ələ almağa çalışır. Bunların içində millət vəkilləri də var, ayrı-ayrı nazirliklərdə yüksək vəzifləri tutan adamlar da var.
Bu sözləri "Reaksiya tv"-nin efirində keçmiş deputat, politoloq Cümşüd Nuriyev deyib.
O bildirib ki, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinə də bildirib:
"Xatırlayırsınızsa, mən demişdim ki, sentyabrda bunlar Azərbaycanda dövlət çevrilişi hazılayırlar. Aldığım səs yazılarını DTX-ya çatdırmışam, bu məsələdə bir neçə millət vəkilləri də köməklik edib. Bunlar hələ də o fikirdədirlər.
Dövlət Təhlükəsizlik Xidməti onların bir hissəsini tutub. Qalib gəlmiş Azərbaycanı gözdən salmaq istəyirlər".
Məğrur,
Sitat.info