Prezidentdən qərar: Aslan Aslanov işdən azad olundu

Prezidentdən qərar: Aslan Aslanov işdən azad olundu
Gündəm 19 Noyabr 2022 18:46

Prezident İlham Əliyev A.Ə.Aslanovun Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sitat.info xəbər verir ki, sərəncamda qeyd olunur:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Aslan Əhməd oğlu Aslanov Azərbaycan Dövlət İnformasiya Agentliyinin (Azərtac-ın) İdarə Heyətinin sədri vəzifəsindən azad edilsin”.