Tanınmış jurnalist metrostansiyalara şəhid adlarının verilməsini təklif etdi: Polad Həşimov stansiyası...
"Bakı Metropolitenində Vətən Müharibəsi qəhrəmanlarının adı çatışmır. “Xalqlar dostluğu” niyə general Polad Həşimovun adını daşımasın? “Növbəti stansiya: General Həşimov!!!
Sitat.info xəbər verir ki, bu təklifi tanınmış jurnalist Elşad Paşasoy səsləndirib.
![]()
O qeyd edib ki, “Gənclik” Gəncliyin ümumiləşmiş obrazı Mübariz İbrahimov ola bilər:
"Başqaları da var: “Ulduz”, “ İnşaatçılar”
Hədəflərimiz yerin altında da dəyişməlidir!
Torpaq uğrunda canından keçən oğullarımızı bu ünvanda da yaşatmalıyıq!".
Seymur,
SİTAT.İNFO