Makron Ərdoğanla fotosunu paylaşıb türkcə bu sözləri yazdı- FOTO
Dünyanın ən böyük iqtisadiyyatına malik 20 ölkənin lideri G20 Sammiti çərçivəsində İndoneziyada bir araya gəlib. Sammitdə iştirak edənlərdən biri də prezident Rəcəb Tayyib Ərdoğan olub.
Fransa prezidenti Makron görüşdən sonra sosial media hesabında Ərdoğanla fotosunu paylaşıb.
Makron türk dilində paylaşdığı mesajında ötən günlərdə prezident Ərdoğanın müdaxiləsi ilə həll edilən taxıl böhranını da vurğulayaraq bu sözləri yazıb:
"Ukraynadakı müharibə dünyada aclıq risklərini artırır. Türkiyə və Fransa ixracın maneəsiz davam etməsi üçün işlərini davam etdirəcək".

Məğrur,
SİTAT.İNFO