Pensiya alanların nəzərinə!

Pensiya alanların nəzərinə!
SOSİAL 14 Noyabr 2022 10:09

Respublika üzrə pensiyaların ödənilməsi noyabr ayının 15-i tarixinə nəzərdə tutulub.

Bu barədə Sitat.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.