Hərbi ekspertdən həyacan təbili: “Laçın yolunu bağlamalıyıq, bizi çox ağır dönəm gözləyir”

Hərbi ekspertdən həyacan təbili: “Laçın yolunu bağlamalıyıq, bizi çox ağır dönəm gözləyir”
TƏHLİL 10 Noyabr 2022 14:08

“Vəziyyət ürəkaçan deyil. Biz bir-birimizə gözaydınlığı  verib, iki illik zəfərimizi qeyd etsək də, qarşıda Azərbaycan dövlətini, Silahlı Qüvvələrimzi, ordumzu çox ağır bir dönəm gözləyir".

Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov Sitat.info-ya açıqlamasında bildirib.

O, vurğulayıb ki,  bu ağır dönəmə hazır olmalıyıq: " Buna görə də şəhidlərimiz, yaralılarımız olacaq. Bu itkilərimizin olmaması üçün təsirli və qabqalayıcı addımlar atmalıyıq. Laçın yolunu dərhal bağlamalıyıq".

Hərbi ekspertin sözlərinə görə, hər keçən gün separatçılar silah gətirir: " Tank əlehinə mərmilər, artilleriya qurğuları və sairə döyüş silahları daşınır. Artıq hərəkətə keçməliyik. Son günlər ermənilər bir neçə istiqamətdən yaşayış məntəqələrini atəşə tuturlar".

Məğrur,

Sitat.info

Digər XƏBƏRLƏR