Şəmkirdə mağazada bıçaqlanma hadisəsi baş verib

Şəmkirdə mağazada bıçaqlanma hadisəsi baş verib
KRİMİNAL 09 Noyabr 2022 22:08

Şəmkir şəhərinin 5-ci küçəsində fəaliyyət göstərən paltar mağazalarının birində 42 yaşlı kişi bıçaqlanıb.

Sitat.info report-un Qərb bürosuna istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü R.Zeynalov mübahisə zəminində bıçaqlanıb.

O, iki bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və cərrahiyyə əməliyyatı edilib.

Zərərçəkənin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.