Azərbaycan həştəqi dünya trendində birinci oldu

Azərbaycan həştəqi dünya trendində birinci oldu
Gündəm 08 Noyabr 2022 23:23

8 noyabr Zəfər Günü ilə əlaqədar çoxsaylı paylaşımlara görə #Azerbaijan həştəqi Tvitterin dünya trendində 1-ci yerə yüksəlib.

Sitat.info xəbər verir ki, ikinci yeri #KarabakhisAzerbaijan, üçüncü yeri isə #Shusha həştəqi tamamlayıb.

Qeyd edək ki, 8 noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur. Bununla əlaqədar sosial şəbəkələrdə təbrik paylaşımları edilir.

Azərbaycan həştəqi dünya trendində birinci oldu