İranda məscid imamı güllələndi

İranda məscid imamı güllələndi
KRİMİNAL 03 Noyabr 2022 20:15

İranda məscid imamına qarşı sui-qəsd həyata keçirilib. 

Sitat.info-nun məlumatına görə, bu barədə Sistan və Bəlucistan əyalətinin Baş Polis İdarəsi məlumat yayıb.

Silahlı şəxslər "Mövlayi Müttəqiyan" məscidinin imamı ruhani Səcad Şəhraki məscidin qarşısında güllələyib. Hazırda xüsusi əməliyyat qrupu yaradılıb və cinayəti törədən şəxslərin müəyyən edilərək tutulması üçün işlər davam etdirilir.