ANAMA-da qaynar xətt yaradıldı

ANAMA-da qaynar xətt yaradıldı
Gündəm 03 Noyabr 2022 13:26

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) "qaynar xətt" xidməti istifadəyə verilib.

 

Bu barədə "Sitat.info"ya qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, vətəndaşlar tərəfindən daxil olan müraciətlərin birbaşa və çevik formada əlaqələndirilməsi məqsədilə Agentliyin “805” nömrəli qaynar xətt xidməti fəaliyyətə başlayıb.

“Qaynar xətt” mövcud mina təhlükəsi ilə bağlı müraciətlərin qeydə alınması, zənglərin operativ cavablandırılması və aidiyyəti üzrə tədbirlərin görülməsinin asanlaşdırılmasına xidmət edir.