Şəhid Səbuhi Əhmədovun adına gəmi olacaq - Video

Şəhid Səbuhi Əhmədovun adına gəmi olacaq - Video
Gündəm 03 Noyabr 2022 10:56

“Palmali” şirkətinə məxsus gəmilərdən biri şəhid Səbuhi Əhmədovun adını daşıyacaq. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı şirkətin rəhbəri Mübariz Mənsimov şəhidin qardaşı Sənan Əhmədova zəng edib. 

O qeyd edib ki, şirkətin daxilində komissiya bu qərarı verib və bununla bağlı şəhid qardaşından halallıq istəyib. Həmçinin Sənan Əhmədova gəmiyə ad verilməsi mərasimində iştirak etmək üçün Türkiyəyə gəlməsi təklif olunub.