Bakıda keçiriləcək Böyük Dəbilqənin müdalları təqdim olunub

Bakıda keçiriləcək Böyük Dəbilqənin müdalları təqdim olunub
İdman 02 Noyabr 2022 17:43

Bakıda keçiriləcək cüdo üzrə Böyük Dəbilqənin medalları təqdim olunub.

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, medalların ön tərəfində turnirin loqosu, Azərbaycan Respublikasının xəritəsi, yarışın tarixi və adı həkk olunub.

Arxa hissədə isə Beynəlxalq Cüdo Federasiyasının loqosu yer alıb.

Qeyd edək ki, Böyük Dəbilqə 4 - 6 noyabrda baş tutacaq. Cüdoçular 14 dəst medal uğrunda mübarizə aparacaqlar.