Şoyqu Akarla taxıl müqaviləsi məsələlərini yenidən müzakirə etdi

Şoyqu Akarla taxıl müqaviləsi məsələlərini yenidən müzakirə etdi
Dünya 01 Noyabr 2022 20:41

Rusiyanın müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akar ilə taxıl müqaviləsini müzakirə edib.

Sitat.info xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

“Noyabrın 1-də Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu Türkiyə tərəfinin təşəbbüsü ilə Türkiyə Respublikasının Müdafiə naziri Hulusi Akar ilə telefon danışığı aparıb”, - nazirlikdən bildirilib.

Rusiya Müdafiə Nazirliyi “Qara dəniz taxıl təşəbbüsü çərçivəsində Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlərin icrasını Rusiya tərəfinin dayandırması” mövzusunun müzakirəsinin davam etdirildiyini qeyd edib.