Ərdoğan Putinlə taxıl dəhlizini müzakirə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Sitat.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, danışıq zamanı regional məsələlər, xüsusilə Rusiya-Ukrayna müharibəsində son hadisələr müzakirə edilib.
Eyni zamanda, Ərdoğan Putinlə taxıl dəhlizi ilə bağlı problemin həllinə dair fikir mübadiləsi apararaq “İstanbul” sazişindən danışıb.