UEFA "Qarabağ"a 1,2 milyon avro ödədi

UEFA \"Qarabağ\"a 1,2 milyon avro ödədi
İdman 01 Noyabr 2022 11:48

UEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib.

Sitat.info AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar"ın UEFA Avropa Liqası turnirinin qrup mərhələsində qazandığı qələbələrə görə (Performance bonus) Avropa futbol qurumu tərəfindən ayrılmış 1.294.000 avro maliyyə vəsaiti ödənilib.

Məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.