Ərdoğan Putinin taxıl sazişini dayandırmasına reaksiya verdi
Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğan Rusiyanın taxıl sazişini dayandırmasına reaksiya verib.
Sitat.info xəbər verir ki, Ərdoğan Rusiyanın taxıl dəhlizi sazişini dayandırması haqda bunları deyib: "Biz yenə də bəşəriyyətə xidmət etməyə sadiq qalacağıq. Dünya buğda istehsalının üçdəbiri Ukrayna və Rusiya tərəfindən ixrac olur. İstanbulda qurduğumuz mexanizm sayəsində dünyaya 9 milyon ton taxıl çatdırdıq. Biz bəşəriyyətə xidmət etməyə çalışacağıq".
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən "ərzaq böhranı" riskini aradan qaldırmaq məqsədi ilə yaradılan "taxıl dəhlizi" ilə 408 gəmi ilə 9,2 milyon ton taxıl daşınıb.
Səid İsaoğlu,
SİTAT.İNFO