Polad Ələmdar təcili xəstəxanaya çatdırıldı - Ürək damarlarında tıxanma... - FOTO

Polad Ələmdar təcili xəstəxanaya çatdırıldı - Ürək damarlarında tıxanma... - FOTO
MƏDƏNİYYƏT 28 Oktyabr 2022 15:10

 “Kurtlar Vadisi” serialında Polat Alemdar obrazını canlandıran Necati Şaşmaz pərəstişkarlarını nigaran qoyub.

 Məşhur aktyor Necati Şaşmazın təcili xəstəxanaya çatdırıldığı, infarkt keçirdiyi və reanimasiyada olduğu bildirilib.

Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki,  ssenarist Onur Akay Şaşmazın vəziyyəti ilə bağlı sevindirici açıqlamalar verib.

 "Necati Şaşmaz reanimasiyada deyil. Şaşmaz sinə ağrısı, sol qolunda ağrı, uyuşma kimi şikayətlərlə çərşənbə günü xəstəxanaya müraciət edib. Açılış əməliyyatı keçirib. Koronar arteriya xəstəliyi olaraq bilinən ürək damarlarında tıxanma diaqnozu səbəbiylə vena əməliyyatı keçirdi.

Hazırda evdə dincələn Necati Şaşmazın səhhəti çox yaxşıdır. "Ona sağlam qidalanma və müntəzəm məşq kimi həyat tərzində dəyişikliklər etməyi tövsiyə etdilər."

Seymur