Ağ Ev Ukraynaya əsgər göndərəcəkmi?

Ağ Ev Ukraynaya əsgər göndərəcəkmi?
Gündəm 24 Fevral 2022 12:29

Rusiya-Ukrayna savaşının başlamasının ardından diqqətlər ABŞ-a yönəlib.

SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, ABŞ-ın Ukraynaya əsgər göndərib-göndərməyəcəyi nəticəyə təsir edəcək məqamlardan biri hesab olunur. 

Ağ Evin mətbuat katibi Cen Psaki açıqlama verərək Amerikanın Ukraynaya əsgər göndərməyəcəyini, yalnız humanitar və güvənlik yardımları ediləcəyini bildirib. 

"ABŞ Ukraynaya humanitar və təhlükəsizlik yardımları göstərəcək. Ruslara cavab olaraq şərqi Avropadakı müttəfiqlərimizin müdafiəsini gücləndirməyə davam edirik. Ukraynaya savaşmaq üçün ordu göndərmirik. Bu barədəqərarımız dəyişməyib", - Psaki qeyd edib.