Əli Əsədov Qazaxıstan Prezidenti ilə görüşdü - Foto

Əli Əsədov Qazaxıstan Prezidenti ilə görüşdü - Foto
SİYASƏT 28 Oktyabr 2022 11:39

Bu gün Baş nazir Əli Əsədov Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.

“Sitat.info” xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. 

Qeyd edək ki, Ə.Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qazaxıstanda işgüzar səfərdədir.