Bakı-Quba yolunda dəhşətli qəza - Foto

Bakı-Quba yolunda dəhşətli qəza - Foto
HADİSƏ 28 Oktyabr 2022 01:28

Sitat.info report-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik və yük avtomobillərinin iştirakı ilə baş verən qəza nəticəsində Şabran rayon sakini, 1994-cü il təvəllüdlü Həsənov Xıdır Ramiz oglu və Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Əliyev Əli Fəxrəddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki yaralı Şabran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Onlara ilkin yardım göstərilib və daha sonra Bakıdakı Kliniki Tibbi Mərkəzə göndəriliblər.

Hadisə ilə bağlı araşdırma aparılır.